Alternative content

03:55 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstefalar Ermənistanı yeni xaosa sürükləyir
İstefalar Ermənistanı yeni xaosa sürükləyir
ANA SƏHİFƏ / SİYASƏT
00:33 20.09.2019


İşğalçı ölkədə narazılıqların miqyası daha da genişlənir


Ermənistanda son günlərdə baş tutan istefalar, yeni hakimiyyətlə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə xaosa rəvac verməklə yanaşı, həm də dövlət çevrilişinə əlverişli zəmin yaradır.

Baş tutan son istefalar burada ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir. Yerli mətbuatın yazdığına görə, Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.

Qeyd olunur ki, baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan öz postlarını tərk edə bilər. Bildirilir ki, Amulsarın mədəninin işləyəcəyini söyləyən fövqəladə hallar naziri Feliks Çolakyan və ətraf mühit naziri Erik Qriqoryan da nazir portfellərini öz istəkləri ilə təhvil verəcəklər. İstefaya gedə biləcək nazir namizədləri arasında Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Gəlirlər Komitəsinin rəhbərləri də var.

"Lragir” qəzeti yazır ki, baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra sosial blokun nazirlərini vəzifələrindən azad etmək niyyətindədir. Söhbət səhiyyə naziri Arsen Torosyan, eləcə də, əmək və sosial işlər naziri Zarui Batoyandan gedir. "Ermənistan Milli Məclisində də dəyişikliklər gözlənilir. Vəziyyətin vitse-spiker Lena Nazaryan tərəfindən ağırlaşdırıldığı iddia olunur. "Mənim addımım” fraksiyasından ayrılan Mikael Zolyanın parlamentdə yeni qrupun üzvü olacağı da proqnozlaşdırılır. Yaxın gələcəkdə bu yeni qrupa başqa kimlərin qoşulacağı bəlli olacaq”.

Xatırladaq ki, bundan əvvəl Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Vanesyan və Ermənistan polisinin rəhbəri Valeri Osipyan istefa vermişdilər.

Ermənistanda cərəyan edən son hadisələr Nikol Paşinyan iqtidarı ilə ona qarşı olan qüvvələr arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu üzə çıxarır. Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha kəskin xarakter alacaq.

Erməni analitik Sarkis Artsruni bu fonda hesab edir ki, Paşinyan və komandasının həll etməsi vacib olan ciddi problemlər var: "Ötən ilin aprel ayında Paşinyanı çevriliş yolu ilə hakimiyyətə gətirən cəmiyyət ondan inqilabi islahatlar və Ermənistanı böhran bataqlığından dartıb çıxarmağı gözləyir. Lakin erməni ekspertlər bu barədə pessimistdirlər. Hesab edilir ki, Nikol Paşinyanın komandası tərəfindən konkret nəticələrin əldə edilməsinə hesablanmış təbliğat tezisləri praktikada müsbət nəticələrin əldə edilməsinə imkan verməyəcək. Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə keçmiş hakimiyyətin siyasətini davam etdirsə, Ermənistanda daha böyük problemlər yaranacaq”.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçiriblər. Dünən səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıblar. Polis baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb. Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək bu tələblə çıxış edirlər.

İndi sual olunur, hazırda hakimiyyətdə olanlar xalqın istədiklərini onlara verə bilmək bacarığına malikdirlərmi? Gedən istefalar və daxili qarşıdurma fonunda belə görünür ki, yox. Belə olan təqdirdə aydın məsələdir ki, xalqın tələbləri yerinə yetirilməyəcək. Yəni Ermənistanda yoxsulluq, korrupsiya, işsizlik əvvəlki qaydasında davam edəcək. Ölkənin tənəzzülü qaçılmaz olacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM