Alternative content

07:44 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lənkəranda yeni dərs ili yüksək əhvali-ruhiyyə ilə başlayıb
Lənkəranda yeni dərs ili yüksək əhvali-ruhiyyə ilə başlayıb
ANA SƏHİFƏ / Təhsil
00:32 20.09.2019


Azərbaycanda milli təhsilin inkişafı strategiyasının əsas istiqamətini təşkil edən təhsilin maddi-texniki bazasının gücləndirilməsinə diqqət Lənkəranda da durmadan artır.

Hər il yeni məktəb binalarının tikintisi, onların lazımi avadanlıqlarla təchiz edilərək şagirdlərin istifadəsinə verilməsi, bəzilərinin əsaslı təmiri artıq ənənə halını alıb. Cari ildə də rayonda 9 məktəb üçün yeni binaların tikintisinə başlanılıb. Onlardan 432 şagird yerlik Şıxəkəran kənd tam orta məktəbinin tikintisi tamamlanıb və sentyabrın 16-da məktəbin təntənəli açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edib önünə tər çiçəklər düzdükdən sonra yeni məktəbin açılış mərasimində iştirak etmək üçün Şıxəkəran kəndinə gəliblər. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru İlqar Tağıyev yeni dərs ili ərəfəsində belə dəyərli hədiyyəyə görə kənd ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər şəxslər kənd ictimaiyyətini, müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Həmin gün rayonun ucqar dağlıq ərazidə yerləşən Alazəpin, Köhnəgəgir, Türkəncil və Jidi kəndlərində tikilmiş 4 modul məktəbin də açılışı olub. Yeni məktəblərin açılışını valideynlər və məktəb kollektivləri dövlətin xalqın balalarına göstərdiyi əvəzsiz qayğısı kimi dəyərləndiriblər.

Sonra rayon rəhbərləri və nazir müavini F.Qurbanov Lənkəran Dövlət Universitetinə gələrək 160 yerlik tələbə yataqxanasının və 2 yeni tədris korpusunun açılış mərasimində iştirak edib, professor-müəllim və tələbə kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM