Alternative content

07:37 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəmətük və Doli kəndlərində yeni məktəb binasının açılışı olmuşdur
Şəmətük və Doli kəndlərində yeni məktəb binasının açılışı olmuşdur
ANA SƏHİFƏ / Təhsil
00:31 20.09.2019


Builki Bilik Günü Astara rayonunun Şəmətük və Doli kənd sakinlərinin yaddaşında həm də yeni məktəb binalarının açılışı ilə qalacaqdır. Hər iki kəndin sakinləri uzun illərdir yeni məktəb arzusunda idilər. Dərs ilinin ilk günündə yeni məktəb binalarının istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Əvvəlki səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməyi ilə qısa müddətdə Şəmətük kəndində 20 şagird yerlik, Doli kəndində isə 40 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

Hazırda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi diqqət mərkəzindədir. Son illər Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Bu gün Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən yeni binalarda son tamamlama işləri aparılır.

Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edənlər son illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM