Alternative content

15:24 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yelizaveta Truss və Kristofer Pinçerdən
Yelizaveta Truss və Kristofer Pinçerdən
ANA SƏHİFƏ / Məktublar
23:29 19.09.2019

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış "Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.

Həmin əhəmiyyətli gün hazırda ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olan, enerji sektorunda əməkdaşlıqda məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində inkişafını təmin edir.

Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, ölkənin təbii ehtiyatları tamhüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.

Biz daim güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiyinizə görə Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, SOCAR-ı, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik.

Ən xoş arzularla,


Yelizaveta Truss

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının

Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq

Ticarət üzrə Dövlət katibi və Ticari Məsələlər

İdarə Heyətinin sədri


Kristofer Pinçer

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının

Xarici və Birlik məsələləri ofisinin

Avropa və Amerika üzrə naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM