Alternative content

05:02 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
ANA SƏHİFƏ / PARLAMENT
23:27 19.09.2019

Sentyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi. O, ötən ilin yayında Çinə səfəri zamanı parlamentin sədri ilə görüşünü məmnunluqla xatırladı. Ümidvar olduğunu bildirdi ki, Li Canşunun ölkəmizə bu ilk rəsmi səfəri ikitərəfli əlaqələrimizin və parlament əməkdaşlığının inkişafına layiqli töhfəsini verəcək.

Spiker dedi ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulub. Siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Oqtay Əsədov dedi ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin rolu böyükdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı münasibətlərimizin dayanıqlı təməli qoyulub. Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb. Cari ilin aprel ayında ikinci "Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 10 saziş imzalanıb. Bu günədək isə iki ölkə arasında 77 hüquqi sənəd imzalanıb. Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olub. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil edib. Ölkəmizdə 119 Çin şirkəti qeydiyyatdan keçib.

Görüşdə ali qanunverici orqanlar arasındakı münasibətlərdən danışan sədr hər iki ölkə parlamentində işçi qrupların fəaliyyət göstərməsini təqdir etdi. Qeyd edildi ki, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı onları düşündürən məsələlərin müzakirəsi önəmlidir.

Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Canşu Bakıda gördüyü inkişafı, Şərqlə Qərb memarlığının üzvi sintezini yüksək dəyərləndirdi. Qeyd edildi ki, Çin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. "Siz əsl dost, sınanmış tərəfdaşsınız. Ölkənizə səfərdən məqsəd əlaqələrimizin daha da dərinləşməsi və parlamentlərarası münasibətlərimizin inkişaf perspektivləri haqqında müzakirələr aparmaqdır”, - deyə o əlavə etdi.

Qonaq Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə də müsbət təsir etdiyini vurğuladı. Qeyd edildi ki, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirən Li Canşu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Əliağa Hüseynov, ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı, Çinin Azərbaycandakı səfiri Guo Min və digər rəsmi şəxslər iştirak ediblər.Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM