Alternative content

03:58 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polis Akademiyasını bu il bitirmiş məzunların vakant zabit yerlərinə təyin edilmələrinə dair tədbir keçirilib
Polis Akademiyasını bu il bitirmiş məzunların vakant zabit yerlərinə təyin edilmələrinə dair tədbir keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:13 19.09.2019

Sentyabrın 19-da Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş və Nəqliyyatda Baş Polis İdarəsində, Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların həmin orqanlarda vakant zabit yerlərinə təyin edilmələri ilə bağlı tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb. Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən nazir hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirənlərin artıq 47-nin təyinatının həyata keçirildiyini xatırladıb. O, eyni məqsədlə növbəti dəfə nazirliyə 10 məzunun dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Sonra iddiaçılar orta rəis heyətinə aid vakant vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı” xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran general-polkovnik Vilayət Eyvazov gənc əməkdaşları təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə bələd olmalarını və həmişə vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM