19 Sentyabr 2019 17:25
541
CƏMİYYƏT
A- A+

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib


Sentyabrın 19-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda DQİDK və AQUPDK-nın təmsilçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, din xadimləri, qadın təşkilatlarının rəhbərləri, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva bildirib ki, komitə qadın hüquqlarının qorunması ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində mütəmadi olaraq maarifləndirmə işi aparır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə QHT-lər və mətbuatla birgə çalışır. Komitə ilə yanaşı, Mənəvi Dəyərlərin Təbliği Fondu qadın hüquqlarının qorunması ilə bağlı müxtəlif layihələr reallaşdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, bəzi regionlarda təhsilsiz qadınlara rast gəlinir. Bu gün Azərbaycanın bəzi kənd və rayonlarında elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar. Bəzi qadınların təhsilləri yoxdur. Ancaq həmin qadınlar dinlə bağlı dərs keçirlər. Digər problem isə ailə başçısının bu vəziyyətdən sui-istifadə etməsi ilə əlaqəlidir. Bu kimi neqativ halların qarşısının alınması üçün yerli dövlət qurumları ilə birgə iş aparılır.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və AQUPDK-nın İnformasiya və sosial analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova əsas məruzə ilə çıxış ediblər. Onlar qeyd ediblər ki, ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər. Əslində, bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mühüm ənənələrdən biridir. Qadınlarımız tarixin müxtəlif dövrlərində bir çox sahələrdə müvəffəqiyyətlə təmsil olunaraq səmərəli nəticələr əldə ediblər, Azərbaycan xalqının istedadı və potensialını nümayiş etdiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Bakı Dövlət Universitetinin dosenti Səbinə Mirzəyeva, AMEA Qadınlar Şurasının sosioloji qrup rəhbəri, Fəlsəfə İnstitutunun elmi işçisi Mahrux Nəcəfli və Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nümayəndəsi Əntiqə Qurbanova mövzu barədə fikirlərini bölüşüblər.

Tədbir qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından dini icmaların yeri və rolu barədə müzakirələrlə öz işini yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video