19 Sentyabr 2019 17:01
581
SİYASƏT
A- A+

Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir


Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurası nümayəndəliyinin açılış mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov açılış mərasimindəki çıxışında bildirib ki, Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin təsis edilməsi barədə öhdəliyi ilk olaraq Baş nazir Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilmiş 6-cı Zirvə toplantısında səsləndirdiyi və Türk qardaşlığını vurğulayan çox səmimi ismarışlarında irəli sürüldü. Zirvə görüşü zamanı Macarıstanın təşkilatda müşahidəçi statusu əldə etməsi Türk Şurasının genişləndirilməsi baxımından tarixi bir hadisə oldu. Böyük bir etimadla təsdiq edə bilərik ki, müşahidəçi statusunu aldıqdan qısa müddət sonra Macarıstan Türk Şurası və onun üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirdi.

Qeyd olunub ki, Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir. Biz əminik ki, nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaq. Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bugünkü gündə açıq şəkildə nümayiş etdirir.

"Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi cari il oktyabrın 15-də Bakıda keçiriləcək və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasının tam hüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq”,- deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov qeyd edib ki, Budapeştdə nümayəndəliyin açılması Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video