Alternative content

12:49 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib
Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
15:43 19.09.2019

"QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika mutəxəssisi Pərvin Gözəlov 2019-cu il 1-7 sentyabr tarixində Yaponiyanın Kioto şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (İCOM) 25-ci Baş Konfransında Azərbaycanı təmsil edib. Konfransda Kioto Milli Muzeyində Pərvin Gözəlovun ingilis dilində çap etdirdiyi "Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitabın nüsxələri muzeyin kitabxanasına və Beynəlxalq Komitəyə, Beynəlxalq Muzeylər Şurasının prezidentinə və İdarə Heyətinin üzvlərinə təqdim olunub. Naxçıvan xanlığının XVIII-XIX əsrlərə aid üç bayrağı 2015-ci ildə Pərvin Gözəlov tərəfindən aşkar edilib dövriyyəyə salınması barədə tədbir iştirakçılarına məlumat verilib. Belə ki, Naxçıvan xanlığının iki bayrağı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Artilleriya Hərbi-Tarix, Raket və Rabitə Qoşunları Muzeyinin fondunda saxlanılır.
Bayraqlardan biri Naxçıvan xanlığının "Dövlər bayrağı”, üzərində səkkizgüşə ulduz və aypara kompozisiyası və dini yazılar əks olunan bayraqdır. Muzey fondunda saxlanılan ikinci bayraq isə xanlığın "İki rəngli” yaşıl və qırmızı zolaqlı, üzərində səkkizgüşəli ulduz rəmzi olan "döyüş” bayrağıdır. Üçüncü "Müttəfiq-döyüş” bayraq isə "Dövlət Ermitajı” Muzeyinin fondunda saxlanılan kitab-albomda aşkarlanmışdır. Sözügedən "Muttəfiq-döyüş” bayrağı 1812-ci il 19-20 oktyabr tarixində Rus-Fars Aslandüzü döyüşündə müttəfiq kimi iştirak edən naxçıvanlı Kərbalı xanın oğlu Hüseyn Qulu bəyin əsir düşdüyü zaman qənimət kimi götürülmüşdür.
Beləliklə, Yaponiyada keçirilən mötəbər beynəlxalq tədbirdə mədəniyyətin müxtəlif sahələrini təmsil edən 130 dövlətin nümayəndəsi iştirak edib. Tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika mutəxəssisi Pərvin Gözəlov Azərbaycan Respublikasının qədim dövlətçilik ənənələrinə malik olan, tariximizi əks etdirən və xarici muzeylərdə qorunan materiallar barədə xarici mütəxəsislərə ətraflı məlumat verib.
Beynəlxalq Muzeylər Şurasının 41.677 muzey və aidiyyəti sahələrin mütəxəsisi, 3009 institusional üzvü var. Burada 138 ölkə və ərazilər təmsil olunur, onlardan 118-i Milli Komitə və 30-u Beynəlxalq komitələrdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM