Alternative content

02:39 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda kimya fabrikində baş vermiş yanğın insan sağlamlığına ciddi ziyan vura bilər
İstanbulda kimya fabrikində baş vermiş yanğın insan sağlamlığına ciddi ziyan vura bilər
ANA SƏHİFƏ / DÜNYA
10:26 19.09.2019

İstanbulun Tuzla rayonunda yerləşən kimya fabrikində baş vermiş yanğın kimyavi maddələrin havaya sovrulmasına səbəb olub. Bölgədə əsən güclü küləyin təsiri ilə bu maddələr İstanbulla yanaşı ölkənin Kocaeli, Sakarya və Eskişehir şəhərlərinə də yayılıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Teknik Universitetinin meteoroloji mühəndisliyi fakültəsindən verilən məlumatda dumanla birlikdə havaya yayılan bu maddələrin insan sağlamlığına təsirsiz ötüşməyəcəyi bildirilir. Belə ki, verilən son proqnozlara görə, cümə günü bölgədə gözlənilən yağış bu maddələrin yerə enməsinə səbəb olacaq. Bunun da nəfəs yolu ilə orqanizmə daxil olması ehtimalı yüksəkdir. Orqanizmə düşən bu kimyəvi maddələr başda tənəffüs sistemi olmaqla ürək-damar və beyin xəstəliklərinə səbəb ola bilər.

Hazırda ərazidə yaşayan insanların evlərində pəncərələri bağlı saxlamaları, mümkünsə bölgəni tərk etmələri barədə təlimat verilib.

Xatırladaq ki, sentyabrın 18-də İstanbulun Tuzla rayonundakı kimya fabrikində yanğın baş verib. Hadisə nəticəsində ikisi yanğınsöndürmə briqadasının əməkdaşı olmaqla yeddi nəfər qatı dumandan zəhərlənərək xəstəxanalara yerləşdirilib.

Güclü partlayışın baş verdiyi fabrikin ətrafında olan avtomobillər də yanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM