Alternative content

03:52 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən sevgisini musiqi dilinə çevirən bəstəkar
Vətən sevgisini musiqi dilinə çevirən bəstəkar
ANA SƏHİFƏ / Mədəniyyət
00:33 19.09.2019


Fəaliyyəti Azərbaycan musiqi sənətinə bəxş etdiyi ölməz əsərlərlə, bu sahənin inkişafı naminə gördüyü saysız-hesabsız işlərlə çərçivələnmədi. Bəstəkar, musiqiçi, təşkilatçı Üzeyir Hacıbəyli həm də sübut etdi ki, müasirləşmək yalnız yad mədəniyyətlərə bürünmək, Qərbləşmək, Avropalaşmaq demək deyil. Ən böyük müasirlik hər millətin elə qoruyub-saxladığı dəyərlərdə, özünəməxsusluğunda, tarixləşdirdiklərindədir...


Yeni dövrün birincisi


XX əsrin ilk onilliyində, dünyada ziddiyyətli siyasi-ictimai hadisələr bir-birini əvəzlədiyi, Azərbaycanı da öz müstəmləkəsinə çevirmiş çar Rusiyasında isə xüsusilə vəziyyətin kəskinləşdiyi, siyasi iğtişaşların davam etdiyi bir zamanda Üzeyir bəy qabaqcıl ziyaylıların ön sırasında dayandı. O, jurnalist, yazıçı, pedaqoq kimi öz vətəninə xidmət edir, soydaşlarının hüquqlarını qorumaq, işıqlı gələcəkləri naminə mübarizə aparırdı. Elə həmin illərdə Üzeyir Hacıbəyli adı həm də Azərbaycan musiqi sənətinə qovuşdu. Gənc Üzeyir bəy 1907-ci ildə Şərqdə birinci opera olan "Leyli və Məcnun”u yazdı. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmış opera ilk redaktədə 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildəydi. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyli idi. 1908-ci il yanvarın 25-də Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Həmin gün zalda nəinki boş yer qalmadı, hətta əlavə stullar qoyuldu. Azərbaycan musiqisevərləri üçün janr yeni olsa da, mövzu, musiqinin ruhu tanış idi. Azərbaycan musiqi mədəniyyəti "Leyli və Məcnun”la yeni dövrə qədəm qoydu. Əsər o qədər möhtəşəm, ilk tamaşasının təəssüratları elə güclü idi ki, şəhərdə əsas söhbət bu barədə gedirdi. Bakıda nəşr olunan mətbu orqanlar da yeni əsərdən və onun istedadlı müəllifindən yazırdılar.

Bundan sonra da uzun illər Üzeyir Hacıbəyli vətəninə və millətinə sevgisini musiqinin dilinə çevirdi.


Bəstəkar, pedaqoq, təşkilatçı...


Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bir çoxu kimi onun da başının üstünü təhlükə aldı. Xarici ölkələrə üz tutmaq məcburiyyətində qalanların bundan sonrakı illəri vətən həsrəti ilə yanıb-qovrulmaqla keçdi. Üzeyir bəy isə Azərbaycanı tərk etmədi. Getsəydi... əlbəttə, yenə də Azərbaycan üçün yazıb yaradacaqdı. Ancaq bəlkə də indi bizim sevdiyimiz, zövq aldığımız, fəxr etdiyimiz əsərlərini yazmayacaqdı...

Bir müddət susdu. Sonra sovet hakimiyyətinin bütün basqılarına, ədalətsizliklərinə rəğmən Üzeyir bəy yenə yaradıcılıq meydanında günəş kimi parladı. O, "Koroğlu” operası, "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyaları, romanslar, instrumental müşayiətli xor, orkestr, kamera-instrumental və digər ölməz əsərlərini bəstələdi.

Sovet hakimiyyəti illərində Üzeyir bəy öz təşkilatçılıq bacarığı ilə də Azərbaycan musiqi sənətini inkişaf etdirdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948) Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) oldu. Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illərdə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Rusiyanın aparıcı şəhərlərindən - Moskva və Leninqraddan (indiki Sankt-Peterburq) görkəmli musiqiçilər, tanınmış pedaqoqlar, ən yüksək təhsilə və istedada malik professorlar dəvət olundu. Üzeyir bəyin nüfuzu, ağayanalığı belə böyük işlərin müsbət həllində müstəsna rol oynadı.

Bakıya çalışmağa gələnlərə yüksək məvacib verilirdi. Bununla da iş bitmirdi. Gələnlərə hər cür şərait yaradılır, Bakının ən yaxşı yerlərində rahat mənzillə təmin olunurdular. Öz sənətini mükəmməl bilən bu mütəxəssislərin qarşısına Üzeyir bəyin böyük əməyi, səyi nəticəsində istedadlı tələbələr çıxarılırdı. Beləcə, Azərbaycan musiqi sənətini Avropa səviyyəsinə bərabərləşdirən musiqiçilərimiz yetişirdi. Onların dərs aldıqları böyük pedaqoqların ön sırasında isə yenə Üzeyir Hacıbəyli dayanırdı. Üzeyir bəy Azərbaycan musiqisinin gələcəyini etibar edəcəyi gənclərə xalq musiqisinin əsaslarından özü dərs deyirdi.

Üzeyir Hacıbəylinin milli ənənələr üzərində bünövrəsini qoyduğu, yeniliklərə, müasirliyə açıq olan musiqimizi o dövrün istedadlı gəncləri - Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Arif Məlikov və başqaları yeni əsərlərlə zənginləşdirdilər. Doğrudur, onlar bir-birlərinə rəqabətlə baxdılar. Ancaq, eyni zamanda bir-birlərinin uğurlarına sevinməyi bacarır, daha gözəl əsərlər yazmağa ruhlanırdılar. Bu münasibətdən isə musiqi sənətimiz qazanır, inkişaf edirdi.


Üzeyir bəy zirvəsi


Üzeyir Hacıbəylinin açdığı yolla irəliləyən Azərbaycan musiqi sənəti zəfərlər qazandı. Bu sahədə yaranmış ənənələri yeni-yeni mütəxəssislər - istedadlı bəstəkarlar, peşəkar müəllimlər davam etdirdilər.

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduğu dövrdə - 1990-cı illərdə respublikada ağır iqtisadi böhran yaşandı. Müxtəlif şəhərlərdə çalışan, dərs deyən neçə-neçə yüksək səviyyəli mütəxəssisimiz xarici ölkələrə üz tutdu. Onlar öz vətənimizdə böyük işlər görə bilərdilər. Bəlkə musiqinin bir sıra sahələrində uzun illər yeni mütəxəssislər də bu səbəbdən yetişmədi. Əvəzində, şou-biznes adlanan sahə sürətlə "inkişaf” etdi. Əsl sənətdən xəbəri olmayanlar özlərini sənətkar "elan etdilər”. Qeyri-peşəkarlar, pul qazanmaqdan başqa sənətdə heç bir istedadı olmayanlar musiqi sahəsində yaranmış böhranı dərinləşdirdilər.

Ancaq Azərbaycan musiqi sənəti möhkəm təməl üzərində dayanıb. Onun dayaqları xalqımızın əsrlərin sınağından çıxmış musiqiləri, mahnıları, muğamlarıdır. Bir də Üzeyir Hacıbəyli kimi dahinin, onun yetirmələrinin yaradıcılığı, unudulmaz əsərləri sayəsində formalaşmış ənənələr var. Azərbaycan musiqi sənəti böyük bir ümmana bənzəyir. Bəzən geri çəkilsə də, yenidən böyük coşqu ilə kükrəyir...

18 sentyabr xalqımız üçün böyük bayramdır. Bu gün o görkəmli şəxsiyyətin, böyük millət sevdalısının - Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildən dövlət xadimi Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 18 sentyabr Milli Musiqi günü kimi qeyd edilir. Bu gün xalqımız Üzeyir Hacıbəyli zirvəsinə bir daha sevgi və minnətdarlıqla baxır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM