19 Sentyabr 2019 00:27
1158
İDMAN
A- A+

Gürzlər və lentlə təsnifat mərhələsinə yekun vurulub


Dünya gimnastikasının nəbzi Bakıda döyünür. Milli Gimnastika Arenasında bir-birindən maraqlı idman mübarizələrinin şahidi oluruq. Dünən isə 37-ci mundialın 3-cü günündə gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayıblar.


Ümumi sıralamada 32-ci yer


Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxıblar. Hər iki gimnastımız A qrupunda lentlə proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparıb. Azərbaycan gimnastı Veronika Qudis hakimlərdən 17,150 xal alaraq ümumi sıralamada 32-ci yerdə qərarlaşıb. Məryəm Səfərova da fərdi proqramda lent ilə çıxışını yerinə yetirib. Təmsilçimiz hakimlərdən 10,450 xal alıb.


İlk 3-lükdə rusiyalı idmançılar yer alıblar


Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramda D qrupunda gürzlərlə təsnifat yarışlarına yekun vurulub. 35 gimnastın mübarizə apardığı D qrupunda gürzlərlə yarışlarda ilk üç pillədə Rusiya təmsilçiləri yer alıblar. Arina Averina 24,250 xalla birinci olub. Onun əkiz bacısı Dina Averina 24,000 xalla ikinci, Yekaterina Seleznyova isə 22,600 xalla üçüncü olub.


İlk 16-lıqda yer alanlar "Tokio-2020”yə lisenziya qazanacaqlar


Bolqarıstan millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında üçüncü pilləyə yüksəlib. 145,000 xal toplayan Bolqarıstan komandası Özbəkistan seçməsini üstələyib. Özbəkistanlı gimnastlar üç alətin cəmində 131,650 xal toplayıblar. Komanda hesabına 164,800 xalla Rusiya millisi başçılıq edir. İkinci pillədə 146,200 xalla İsrail komandası yer alıb.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) "Tokio -2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.


Lentlə çıxışlara israilli gimnast başçılıq edir


Bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında B, C və D qruplarında lentlə təsnifat yarışları başa çatıb. Milli Gimnastika Arenasında təşkil olunan çempionatda uğurla çıxış edən İtaliya gimnastı Milena Baldassarri 20,500 xalla ikinci pilləyə yüksəlib. Fərdi proqramda lentlə çıxışlara israilli atlet Linoy Aşram 21,150 xalla başçılıq edir. İlk üçlüyü onun komanda yoldaşı Nikol Zelikman (19,350 xal) tamamlayır.


Gimnastikasevərlər üçün açıq ustad dərsi


Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda dünya çempionatının səfiri Yana Batırşina gimnastikasevərlər üçün açıq ustad dərsi keçirib. Rusiyanın Əməkdar idman ustasının Bakıdakı Milli Gimnastika Arenasında görünməsi yerli idmansevərləri sevindirib. Valideynləri ilə birlikdə dayanmış 20-dən çox gələcək gimnast səbirsizliklə qonağın gəlişini gözləyib.

Y.Batırşina ustad dərsinin əvvəlində gənc gimnastlarla birlikdə isinmə hərəkətləri edib. İştirakçılardan hər biri top, halqa və lentdən istifadə vərdişlərini nümayiş etdirib. Dəfələrlə dünya çempionu gənc gimnastlara məşhur "Batırşina hoppanması”nı nümayiş etdirib. Bu uşaqların böyük potensialı olduğunu vurğulayan qonaq əmin olduğunu bildirib ki, qarşıda onları parlaq gələcək gözləyir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video