18 Sentyabr 2019 22:27
964
İDMAN
A- A+

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub

Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günündə fərdi proqram üzrə gürzlər və lentlə təsnifat yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxıblar. Hər üç gimnastımızın çıxış etdiyi A qrupunda M.Səfərova 24-cü, V.Qudis 26-cı, Z.Ağamirova isə 28-ci nömrə altında lentlə proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparıb. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar.

Gimnastlarımız Z.Ağamirova 18.700, V.Qudis 17.150, M.Səfərova isə 10.450 xal toplayıblar.

Azərbaycan və Fransa yığmaları dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar. Hər iki komandanın hesabında 119.900 xal var və yığmalar 18-19-cu yerləri bölüşürlər. Komanda hesabında 164.800 xalla Rusiya millisi liderlik edir.

Sentyabrın 19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Olimpiadaya lisenziya qazanacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə əldə edəcək.

"Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan dünya çempionatına 9 gimnastla qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video