18 Sentyabr 2019 21:35
464
SİYASƏT
A- A+

Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslandığı, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadiyyat, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.

İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər zamanı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio iki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu bildirib və İtaliyanın Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. O, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik boru kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini deyib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video