18 Sentyabr 2019 21:26
504
İQTİSADİYYAT
A- A+

BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır


BP şirkəti Azərbaycanda alternativ enerji sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazir Ş.Mustafayev 1994-cü ildə uğurlu və düşünülmüş neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi”nin imzalanmasının və transmilli layihələrin icrasının neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdiyini vurğulayıb, BP şirkəti ilə fəal əməkdaşlığı qeyd edib.

Əməkdaşlığin genişləndirilməsinə gəlincə, Böyük Britaniyanın təcrübə və texnologiyasını qeyd edən Ş.Mustafayev diqqətə çatdırıb ki, BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın neft strategiyasının uğurla davam etdirildiyini, ölkəmizin etibarlı tərəfdaş olduğunu və BP ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb. Qəri Counz BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video