18 Sentyabr 2019 18:37
542
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı dənizdə təhlükəsizlik üzrə beynəlxalq koalisiyaya qoşuldu

Səudiyyə Ərəbistanı dənizdə təhlükəsizlik üzrə beynəlxalq koalisiyaya daxil olmuşdur. Bu barədə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yerli SPA agentliyi xəbər verir.

"Dənizdə təhlükəsizlik üzrə beynəlxalq struktur”un fəaliyyət rayonu Hörmüz və Bab əl-Məndəb boğazlarını, habelə Oman və Fars körfəzlərini əhatə edir. Koalisiyaya ABŞ başçılıq edir.

Agentlikdən bildirmişlər ki, beynəlxalq alyansın vəzifəsi ticarət gəmilərini müdafiə etmək, dəniz gəmiçiliyini və beynəlxalq ticarəti təmin etmək, habelə boğazlardan keçən ticarət gəmilərinin təhlükəsizliyini gücləndirmək üçün alyansa üzv olan ölkələrin maraqlarını müdafiə etməkdir.

Eyni zamanda Səudiyyə Ərəbistanının vəzifəsi dəniz gəmiçiliyinə və beynəlxalq ticarətə dəstək vermək, onların üzləşdiyi təhdidlərin qarşısını almaqdır. Bundan əlavə, Ər-Riyad qlobal enerji təhlükəsizliyini və enerji daşıyıcılarının dünya bazarına fasiləsiz nəqlini təmin etməyə çalışacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video