Alternative content

10:46 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:24 17.10.2019 Proqnozlar üstələnir
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
ANA SƏHİFƏ / PARLAMENT
18:32 18.09.2019

Sentyabrın 18-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının Baş vitse-prezidenti xanım Şeyla Gevolbun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov Azərbaycan ilə Böyük Britaniya arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Bu səfər zamanı Azərbaycanda keçirdiyiniz görüşlər bu münasibətlərin daha da inkişafına töhfə verəcək. Diqqətə çatdırılıb ki, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Valeh Ələsgərov bildirib ki, Azərbaycanda qədim dövrlərdən bəri yəhudilər yaşayır. Biz həmişə dost və qardaş kimi bir-birimizin sevincinə də, kədərinə də şərik olmuşuq. Azərbaycanda bir sıra yəhudi xeyriyyə təşkilatları, sinaqoqlar, yəhudi dilli məktəblər sərbəst fəaliyyət göstərir. Vaxtilə Azərbaycanda yaşamış və sovet dövründə ölkəmizdən köçüb getmiş yəhudilərlə də bu gün sıx əlaqələrimiz var. İsrail şirkətləri Azərbaycanın müdafiə sənayesinin qurulmasında böyük rol oynayıblar. Bu, bizim üçün çox əhəmiyyətlidir.

Səmimi görüş üçün təşəkkürünü bildirən Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının Baş vitse-prezidenti xanım Şeyla Gevolb bildirib ki, onların təşkilatı Böyük Britaniyada yeganə yəhudi təşkilatıdır. Qonaq Azərbaycanda antisemitizmin olmamasından məmnunluğunu bildirib, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM