18 Sentyabr 2019 18:31
1393
PARLAMENT
A- A+

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib


Sentyabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalarda komitədə görülən işlər barədə məlumat verib. İclasda yaz və növbədənkənar sessiyalar ərzində komitənin 20 iclas keçirdiyi, 100-ə yaxın məsələnin müzakirə olunduğu bildirilib. Bu dövrdə komitəyə 448 ərizə və müraciət daxil olub, 420 vətəndaş qəbul edilib.

Payız sessiyasında görüləcək işlərə toxunan komitə sədri diqqətə çatdırıb ki, bu sessiya ərzində əsasən sosial sahədə büdcə məsələlərinə baxılacaq, "Turizm haqqında” qanun layihəsi üzərində iş aparılacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcəkdir.

Çıxış edən komitə üzvləri Rauf Əliyev, Musa Quliyev, İlham Məmmədov, Jalə Əliyeva, Elmira Axundova və Araz Əlizadə yaz və növbədənkənar sessiyalarda komitənin işini yüksək qiymətləndirib, payız sessiyasının da uğurlu olacağına əminliklərini bildiriblər.

Sonra iclasda "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, bu dəyişikliklər "Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edilir.

İclasda "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi də müzakirəyə çıxarılıb.

Bildirilib ki, layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Layihə silahlı birləşmələrə aid olmayan, lakin içərisində hərbi xidmət nəzərdə tutulan qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Müzakirələrdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video