18 Sentyabr 2019 18:28
1407
PARLAMENT
A- A+

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub


Sentyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitə sədri Aqiyə Naxçıvanlı yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Bildirilib ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, sessiya ərzində komitənin 6 iclası keçirilib, 13 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə olunub. Qanun layihələrinin 9-u Milli Məclisdə qəbul edilib. Hesabat dövründə komitənin ünvanına 116 müraciət daxil olub. Müraciətlərin 108-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin sədri tərəfindən Milli Məclisdə 96 vətəndaş qəbul edilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb. Ötən sessiya zamanı komitədə bir sıra görüşlər keçirilib. Habelə "Ailə institutunun formalaşmasında adət və ənənələrimiz” mövzusunda bu sahədə qanunvericiliyin rolu ilə bağlı dinləmə təşkil olunub.

Məruzədə cari ilin payız sessiyasında komitədə görüləcək işlər barədə də məlumat verilib.

Çıxışlarda deputatlar 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyətini müsbət dəyərləndirib, payız sessiyası üçün iş planına razılıqlarını ifadə ediblər.

İclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlər müzakirəyə çıxarılıb.

Diqqətə çatdırılıb ki, ikinci oxunuşda təqdim edilmiş "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, "Təhsil haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklər bu sənədlərin "Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır.

Sonra "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş) məsələlərə baxılıb. Bildirilib ki, bu qanunların "Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunluğunu təmin etmək üçün bir sıra maddələrdə müvafiq düzəlişlər aparılıb.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (1-ci oxunuş) sənədlə bağlı qeyd olunub ki, Məcəlləyə "Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” adlı yeni 388-2-ci maddə əlavə edilir. Bu qanun layihəsi də "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavədə uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Komitə üzvləri Tahir Rzayev, Sahibə Qafarova, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayıblar. Dövlətimiz tərəfindən insanların sağlamlığının qorunması, onların firavan yaşaması üçün göstərilən diqqət və qayğını xüsusi vurğulayıb, qanunlara ediləcək dəyişikliklərin önəmli olduğunu söyləyiblər.

Deputatlar gündəliyə daxil olan sənədləri Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video