18 Sentyabr 2019 17:38
540
İQTİSADİYYAT
A- A+

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər, motosikletlər istehsal olunacaq


Hazırda "Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibində olan Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısından yeni marka və modellərdə avtomobillər, motosikletlər istehsal olunacaq.

Naxçıvan Avtomobil Zavodundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə zavodda kompleks tədbirlər həyata keçirilir.

"Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin avqust ayının 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində Çinin Lifan İndustrial Group, FAW İndustrial Group və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib.

Zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalı üçün ilkin mərhələdə istehsal xəttinin qurulması və nəzarət işləri xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sonrakı mərhələdə isə yerli mütəxəssislərin iştirakı təmin olunacaq. Burada əsas məqsəd daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını təşkil etməkdən ibarətdir.

Qeyd edək ki, zavodda istehsal olunacaq nəqliyyat vasitələrinin güzəştli şərtlərlə satışı və servis xidmətləri də nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video