18 Sentyabr 2019 17:36
488
CƏMİYYƏT
A- A+

Kvemo Kartlinin qubernatoru Qaxda gürcüdilli məktəbin tikintisi ilə əlaqədar Azərbaycan Prezidentinə minnətdarlıq edib


Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili Qax rayonunun Əlibəyli kəndində gürcüdilli tam orta məktəbin tikintisi ilə əlaqədar Azərbaycan Prezidentinə minnətdarlıq edib.

Şota Rexviaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, yeni məktəblərin tikintisi Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin ölkədə təhsilin səviyyəsinin yüksəldilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində saxladığını sübut edir. Ucqar kəndlərdə də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə diqqət və qayğının göstəricisidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən Əlibəyli kəndində inşa edilən 216 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb və məktəb yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilib.

Sentyabrın 16-da Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da əvvəllər "taxta məktəb” kimi tanınan məktəb binasının yerində inşa edilmiş yeni təhsil ocağının açılışı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video