18 Sentyabr 2019 17:28
978
İDMAN
A- A+

Ronaldu Messini özünün ən yaxşı rəqibi adlandırıb


Portuqaliyalı futbolçu Ronaldu amerikalı jurnalist Kris Morqana verdiyi müsahibəsində bildirib ki, Lionel Messi indiyə qədər onun rəqibi olmuş oyunçuların ən yaxşısıdır.

AZƏRTAC Ronaldu deyib: "Messi fantastik oyunçudur. UEFA tədbirində mən onunla söhbətə başlayanda çoxları heyrətlənmişdi. Bəli, biz dost deyilik, amma yaxşı münasibətlrimiz var. Rəqabət bizi daha da yaxşılaşdırır”.

Ronaldu Portuqaliyanın Madeyra adasında anadan olub, amma futbolçu karyerasına Lissabonun "Sportinq” komandasında başlayıb. O, beş dəfə "Qızıl top” mükafatına layiq görülüb, beş dəfə Çempionlar Liqasının qalibi, İngiltərə, İspaniya və İtaliya çempionu olub. Hücumçu 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa birinciliyində qalib gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video