18 Sentyabr 2019 17:24
602
CƏMİYYƏT
A- A+

Əhməd Əhmədzadə: “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası yekunlaşmaq üzrədir


"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası yekunlaşmaq üzrədir. Siyəzən və Xızı rayonları ərazisində işlər başa çatdırılıb. Bura yeni suvarılan torpaqların istifadəyə verilməsi və mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması aiddir. Hazırda meliorasiya işləri Şabran ərazisində davam etdirilir. Layihənin icrası rayonda tikilməkdə olan aqroparkların su təminatı üçün böyük əhəmiyyətə malikdir. İki il ərzində layihənin icrası tam başa çatdırılacaq. Bu da 150 min hektar suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və 30 min hektar yeni suvarılan torpaqların dövriyyəyə cəlb olunması deməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Xaçmazda keçirilən vətəndaş qəbulundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

ASC-nin sədri bildirib ki, icra olunan layihə Bakı və Sumqayıt şəhərlərinin, ümumiyyətlə, Abşeron yarımadasının içməli su ilə təminatında da mühüm rol oynayır.

"Builki quraqlıq səbəbindən su ilə təchizatda çətinliklər yarana bilərdi. Amma Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı içməli su təchizatında problemlərin qarşısının alınmasında vacib rol oynadı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mühüm əhəmiyyətli məsələ vaxtında həll edilib. Bu səbəbdən də bu il Bakı, Sumqayıt şəhərlərində və şimal rayonlarında içməli su ilə bağlı problem yaşanmayıb. Yüz milyonlarla kubmetr su Taxtakörpü su anbarında toplanıb və oradan paytaxt istiqamətində axıdılır. Görüləsi işlər hələ çoxdur. Mövcud su təsərrüfatı obyektlərində yenidənqurma işlərinin aparılması, su təchizatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi diqqətdə saxlanılır. Bunların hamısı respublikada məhsul bolluğuna gətirib çıxarır”, - deyə Əhməd Əhmədzadə müsahibəsində qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video