18 Sentyabr 2019 17:22
609
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları

"Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi bu il öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və tərəfdaşları üçün çox mühüm hadisədir.

25 il öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə 7 ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında "Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan "Əsrin müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabrında isə həmin sazişin müddəti əsrin ortalarınadək uzadıldı.

Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başladı.

AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.

AÇG-nin 25 illik əsas faktları:

• 1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib.

• Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.

• 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.

• Hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib.

• AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib.

• 1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyiblər.

• 2017-ci il sentyabrın 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb.

• Müqavilənin müddətinin uzadılmasının ardınca, bu il aprelin 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – "Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

• AÇG layihəsi çərçivəsində bir platforma – "Çıraq” platforması yenidən qurulmuş, 7 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

• Bu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu olub.

• AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 ətraf mühitə təsirin qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video