18 Sentyabr 2019 17:13
478
SİYASƏT
A- A+

Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrindən, ölkələrimiz arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə olunub. Azərbaycan-İtaliya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu xüsusda parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri və hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyəti təqdir olunub.

M.E.Alberti Kasellati 2018-ci ilin iyulun 18-19-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin ardınca iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərdə dinamikliyin davam etdiyini, bunun ardınca 2018-ci il sentyabrın 25-26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin, 2018-ci il oktyabrın 18-19-da İtaliya Senatının sədri qismində özünün ölkəmizə rəsmi səfərinin, 2019-cu il mayın 6-8-də Milli Məclisin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfərinin həyata keçirildiyini bildirib. Azərbaycana rəsmi səfəri vaxtı ən yüksək səviyyədə qəbul edildiyini, Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını və bu səfərin ona ölkəmizin həqiqətləri ilə yaxından tanış olmağa imkan verdiyini, Azərbaycanın zəngin tarixi-mədəni irsini, iqtisadi inkişafını, multikultural mühitini yüksək qiymətləndirdiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığa yetirdiyi diqqəti, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri və bu mənada dünya maddi-mədəni irsinin qorunmasına verdiyi töhfələri təqdir edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğunu bildirib. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğunu bildirib. Nazir Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropa, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə, eyni zamanda, Azərbaycan-İtaliya tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib, bu layihənin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, bu əməkdaşlığa İtaliyanın töhfələri, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video