18 Sentyabr 2019 17:11
539
CƏMİYYƏT
A- A+

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı mütərəqqi tədbirləri vurğulayıb, hüquqi sahədə islahatlara əsaslı təkan verən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası üzrə ardıcıl işlərə toxunub.

Qeyd edilib ki, hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmana uyğun olaraq hakim ştatlarının sayı 200 vahid artırılıb. Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilərək namizədlərin seçimində çeviklik artırılıb, onlar üçün daha şəffaf və əlverişli şərait yaradılıb. İyulun 25-dən isə Hakimlərin Seçki Komitəsi tərəfindən növbəti müsabiqə elan olunub.

İclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Komitənin məlumatı dinlənilib. Qeyd olunub ki, sənədlərini təqdim etmiş 206 nəfər hakimliyə namizədlə sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb və 158 nəfər müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılıb. Hər bir namizədin nəticələri ona dərhal elan olunub və müvafiq arayış təqdim edilib. İmtahan onlayn rejimdə internetlə birbaşa yayımlanıb, çoxsaylı yerli vətəndaş cəmiyyəti və beynəlxalq təşkilat nümayəndələri tərəfindən izlənilərək şəffaf prosedur kimi yüksək dəyərləndirib.

Şuranın iclasında müsabiqənin növbəti mərhələləri ilə bağlı təşkilati məsələlərə toxunulub, sənəd qəbulunun bundan sonra da davam edəcəyi vurğulanıb. İmtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi qeyd olunub.

Həmçinin iclasda Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb. Qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Bərdə Rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib. Ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video