Alternative content

02:32 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
“Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinə start verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:58 18.09.2019
Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında "Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, düşərgə "ASAN xidmət”, Dövlət Sərhəd Xidməti (DSX) və "ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Ümummilli Liderin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.

DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov tədbirdə çıxış edərək sərhədlərimizin etibarlı mühafizəsi, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

A.Ələkbərov bildirib ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. O, bu tədbirlər sırasında ölkəmizin sərhədyanı rayonlarının yüzlərlə məktəbinin şagirdləri arasında keçirilən "Sərhəd” hərbi-idman oyunlarını, minlərlə məktəblinin və respublikamızın yaradıcı insanlarının iştirakı ilə müxtəlif nominasiyalar üzrə keçirilən yaradıcılıq müsabiqələrini qeyd edib. Bildirilib ki, DSX Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı, istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir. Bugünkü layihənin də əsas məqsədi gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların istirahətinin mənalı təşkilidir.

General-leytenant qeyd edib ki, əvvəllər də Dövlət Sərhəd Xidməti ilə "ASAN xidmət” Könüllüləri Təşkilatının birgə təşəbbüsü ilə "Hərbiyyə” vətənpərvərlik düşərgələri təşkil olunub. Builki düşərgənin əvvəlkindən fərqli olaraq ölkəmizin dəniz sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında təşkil olunub. "Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində iştirakçılar Sahil Mühafizəsinin gəmi inşası və təmiri mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş "Tufan” və "Şahdağ” sərhəd gözətçi gəmiləri, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcəklər. Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgə iştirakçılarını salamlayaraq cari il ərzində könüllülərin çoxsaylı müraciətlərinin nəzərə alınaraq "Hərbiyyə” düşərgəsinin üçüncü dəfə təşkil olunduğunu diqqətə çatdırıb. O, Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə həyata keçirilən müxtəlif tədbirlərdən biri kimi bu tədbirin, o cümlədən "ASAN Könüllüləri”nin hərbi vətənpərvərlik layihələrinin əhəmiyyətini vurğulayıb.

Ü.Mehdiyev qeyd edib ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. Belə layihələrdən biri də "Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin təşkilidir. Düşərgələrdən üçü cari ildə təşkil olunub. Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil ediləcək.

"Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Sərhədçi olmaq həqiqətən qürurverici və şərəflidir. Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir, çünki burada vətənin təbiətini, suyunu, daşını, torpağını daha gözəl hiss edə bilirsən. Bu da insanda köklü bir məhəbbət yaradır”, - deyə Ü.Mehdiyev qeyd edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl və firavan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin inkişafı, vətənpərvərlik tərbiyələri ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili məsələlərinin də ciddi dövlət qayğısı ilə əhatə olunması, gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına mühüm önəm verilməsini xüsusi vurğulayıblar.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ideyası və təşəbbüsü ilə yaranmış "ASAN Xidmət”in Azərbaycan brendinə çevrilməsində çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülərin xüsusi rolu qeyd edilib. DSX-nin və "ASAN Könüllüləri” Təşkilatının birgə layihələrinin vətənpərvərlik ideyalarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

İki gün davam edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar DSX Sahil Mühafizəsində təlimatlandırılaraq "Tufan” tipli gəmilərdə yerləşdiriliblər.

İştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, "Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, simulyatorla artilleriya atışının, 23 millimetrlik "Tayfun” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Gənc könüllülərin iştirakı ilə sıra meydanında yarışın təşkili və Sahil Mühafizəsinin Heydər Əliyev adına İdeoloji Mərkəzinə, klubuna, tədris mərkəzinə və muzeyinə ekskursiyaların təşkili nəzərdə tutulur.

"Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca beşinci hərbi vətənpərvərlik düşərgəsidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM