18 Sentyabr 2019 16:42
1591
Səhiyyə
A- A+

Kalsium sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynayır


İnsan orqanizmində kalsium çatışmazlığı aktual problemlərdən biridir. Mütəxəssislərin fikrincə, əslində kalsium çatışmazlığının əsası uşaq yaşlarından yaranmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə edilməməsi zaman keçdikcə öz təsirini göstərir.

Süd əsl kalsium mənbəyidir. Müəyyən edilib ki, 1 stəkan süd içilməsi orqanizmin 13 qram karbohidrat, 8 qram yağ, 290 milliqram kalsium və digər vitaminlərlə təmin olunması deməkdir.

Süd zülallarının bitki mənşəli zülallara görə keyfiyyəti daha yüksəkdir. İnsan bədəni süd zülallarını daha yaxşı mənimsəyir. Xüsusilə böyümə, inkişaf çağında olan uşaqların sümüklərinin və toxuma zülallarının inkişafına faydalıdır. Bədəndəki yaraların sağalmasına və iltihabların aradan qaldırılmasında zülalın böyük təsiri var.

Həkim-endokrinoloq Gülay Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Kalsiumla ən çox zəngin olan küncütdür. İspanaqda və yarpızda çox az miqdarda olsa da, kalsium var və onlardan orqanizmə lazım olan gündəlik kalsiumu almaq olmur. Həm də kalsiumu D vitamin ilə birlikdə qəbul etmək lazımdır ki, onun sümüklərə ötürülməsini təmin etsin”.

Tədqiqatlar nəticəsində məlum olub ki, gün ərzində 19-50 yaşlarında olanlar 1000 mq, 51 yaşdan yuxarı olanlar isə 1200 mq kalsium qəbul etməlidir. Kalsium çatışmazlığı orqanizmdə bir sıra problemlərə səbəb ola bilər.

Həkim-endokrinoloq deyib: "Kalsium mübadiləsi normal olanda təzyiq də normal olur. Kalsiumun ən başlıca göstəricisi orqanizmin qoruyucu sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynamasıdır. Sümük-dayaq sistemi nəinki hərəkət zamanı, həyati vacib orqan olan baş-beyin, ürək-damar və daxili orqanların qorunmasında bir karkas rolu oynayır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video