Alternative content

03:58 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Musiqi Günü münasibətilə “Güllələnmiş heykəllər” ziyarət edilib
Milli Musiqi Günü münasibətilə “Güllələnmiş heykəllər” ziyarət edilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:57 18.09.2019

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev bu heykəllərin öz tarixi vətəninə - Qarabağa qayıdacağı günün uzaqda olmadığını söyləyib: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq. Var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin. Bu heykəllərinin burada müvəqqəti olaraq qoyulması Azərbaycan xalqının bu şəxsiyyətlərə ehtiramı ilə yanaşı, bütün dünyaya ermənilərin necə vəhşiliklər törətdiklərini bəyan edir”.

Vurğulanıb ki, mədəniyyət, incəsənət ölməzdir və xalqın yaddaşında həmişə əziz tutulan və nəsildən-nəslə keçən bir əmanətdir. İncəsənət xadimləri, mədəniyyət işçiləri onu yaxşı dərk etməlidirlər ki, bu gün Azərbaycanın əsas silahı məhz mədəniyyəti və incəsənətidir. Onlar bu silahdan həmişə səmərəli istifadə etməlidirlər. Azərbaycanın mədəniyyəti, incəsənəti inkişaf edəcək, dünyaya haray salacaq, bu işdə həm Bülbülün, həm Natəvanın, həm də dahi Üzeyir bəyin obrazları bizə güc verəcək.

Sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın büstləri önünə güllər düzülüb, xatirələri hörmətlə anılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM