18 Sentyabr 2019 15:43
712
Mədəniyyət
A- A+

“Transsiberien” festivalının açılışında Qara Qarayevin musiqisi səsləndiriləcək


Dekabrın 12-dən 14-dək Fransanın Lill şəhərində keçiriləcək "Transsiberien” festivalının açılış mərasimində azərbaycanlı bəstəkar Qara Qarayevin "Yeddi gözəl” baletindən vals səsləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Parisdə festivala həsr edilmiş mətbuat konfransında festivalın direktorları, tanınmış skripkaçı Vadim Repin və dirijor Jan Klod Kasadesus söyləyiblər.

Yevgeni Svetlanov adına Beynəlxalq dirijorlar müsabiqəsinin təsisçisi Marina Brouer Azərbaycanın Fransadakı səfirliyi və Heydər Əliyev Fondu ilə əməkdaşlığa toxunub, həmçinin Q. Qarayevin bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, "Transsiberien” festivalının açılışında Q. Qarayevin "Yeddi gözəl” baletindən valsın səsləndirilməsi təsadüf deyil, səfirliyinizlə əməkdaşlığın bəhrəsidir. M. Brouer Heydər Əliyev Fondunun azərbaycanlı musiqiçiləri təşviq etməsindən də söz açıb. Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə Fond tərəfindən namizədliyi irəli sürülən Fuad İbrahimovun uğurunu xatırladıb.

Novosibirskdən olan tanınmış skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş "Transsiberien” festivalı Yaponiya, ABŞ və Cənubi Koreyada keçirilib. Festival Avropada ilk dəfə Fransanın Lill şəhərində keçiriləcək. Festivalın məqsədi gənc musiqiçilərə motivasiya vermək və onları təşviq etməkdir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilmişdir. Filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu "Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunub və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. "Meüüo” klassik musiqi kanalında film 20 dəfədən çox yayımlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video