Gənclər Fondu 425 tələbənin təhsil haqqı xərclərini ödəyəcək
Azərbaycan Respublikası Gənclər Fondu (AZGF) Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən elan etdiyi "Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinə əsasən ali və orta ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən ödəniləcək.
Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, savadlı, dövlətə, milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident
İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətini təşkil edir. Bu istiqamətdə Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq son illərdə gənclər üçün çoxsaylı imkanlar yaradılıb, sosial həssas kateqoriyalara aid, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin fond tərəfindən dəstəklənməsi və digər addımlar atılır.
Xatırladaq ki, "Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib.
Builki müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada fondun internet səhifəsi vasitəsilə sənədlərini təqdim edib. Müsabiqənin nəticələri ilə youthfoundation.az/tehsil linkinə keçid edərək tanış olmaq mümkündür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!