İradə, əzmkarlıq və qələbə
"Federasiya kuboku 2019” yarışlarının qalibləri mükafatlandırılıb
İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini qaldırmaqda davam edirlər.
Sevindirici haldır ki, Azərbaycan eyni zamanda bir sıra mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Cari ilin ötən dövrü ərzində Bakının "Formula-1” Azərbaycan Qran-prisinə, XV Avropa Gənclər Yay Olimpiya Festivalına, futbol üzrə UEFA Avropa Liqasının finalına, bədii gimnastika üzrə 37-ci dünya çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılıb.
Maddi-texniki baza gücləndirilib, komandaya yeni idmançılar cəlb olunub
Azərbaycan Yelkənli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz federasiya rəhbərliyinin əzmkarlığı sayəsində yelkənli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.
Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib.
30 yelkənçinin maraqlı mübarizəsi
Qürurverici haldır ki, artıq yelkənli idman növündə ölkədaxili yarışlar silsilə xarakteri daşımağa başlayıb. Belə yarışlardan biri də bu günlərdə təşkil olunub. Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) təşkilatçılığı ilə "Federasiya kuboku 2019” turnirinə start verilib. Federasiyadan verilən məlumata görə, yarışda SFA-nın yelkənçiləri, "Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin "Xəzər” yelkənli qayıqlar, eləcə də "Dənizçi” yelkən idman klublarının üzvləri mübarizə aparıblar.
"Optimist”, "Laser4.7”, "Laser Radial”, "Laser Standart” sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18-i "Optimist”, 5-i "Laser4.7”, 3-ü "Laser Radial”, 4-ü isə "Laser Standart” sinfi üzrə məharətlərini nümayiş etdiriblər.
Federasiya kuboku uğrunda yarış Azərbaycan Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Alqon Giorgianninin baş hakimliyi, federasiyanın baş məşqçiləri Seyhun Yıldızın, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, "Xəzər” klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə baş tutub. Gün ərzində ən azı üç dəfə açıq dənizə çıxan yelkənçilər federasiya kuboku uğrunda gərgin idman mübarizəsi aparıblar.
"Optimist” sinfi üzrə yarışın ümumi yekununda Murad Hacızadə birinci, Ayla Babayeva ikinci, Fidan Ağazadə (hər üçü SFA) isə üçüncü yeri tutublar. "Optimist” sinfi üzrə qızlar arasında mübarizənin yekununda Ayla Babayeva, Fidan Ağazadə və Kristina Kərimova (hər üçü SFA) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
"Laser4.7” sinfi üzrə yelkənçilərdən Murad Allahverdi (SFA) birinci, İsmayıl Kərimov (SFA) ikinci, Fərid Cəfərov ("Dənizçi”) isə üçüncü olublar. "Laser Radial” sinfi üzrə yarışın yekununda Cavid Kərimov (SFA), Aslan Məmmədov ("Xəzər”) və Rauf Abdullayev ("Xəzər”) müvafiq olaraq fəxri kürsüdə yer alıblar.
"Laser Standart” sinfi üzrə isə Mixail Protasov ("Xəzər”) birinci, Nikita Vilayev ("Dənizçi”) ikinci, Vaqif Qasımov ("Xəzər”) isə üçüncü pillələrdə qərarlaşıblar.
Mükafatlandırma mərasimində qaliblərə, həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə qazanan iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, SFA-nın üç ay ərzində təşkil etdiyi yay məktəbinə 16 uşaq qatılıb. Bunlardan 7-si yüksək nəticə göstərib. Dünya çempionatlarında fotoreportajların hazırlanmasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yarışda qonaq qismində iştirak edib. O, Azərbaycanda keçirilən yelkən yarışından maraqlı fotolardan ibarət reportajlar hazırlayıb.
Sosial layihələr fəaliyyət prioritetinə çevrilir
Yelkənli İdman Federasiyası təşkil olunan yarışlarla yanaşı, sosial layihələrdə də fəal iştirakı ilə seçilir. Bu çərçivədə ötən ay Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların övladları üçün "Yelkənli idmanın bir günü” adlı əyləncəli-maarifləndirici tədbir təşkil edilib. Tədbirin məqsədi şəhid övladlarının yelkənli idmanla tanış olması, onlarda bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub. Ümumilikdə 16 iştirakçının qatıldığı tədbirdə iştirakçılara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib. Federasiyanın "Laser” və "Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub.
Federasiyanın yığma komandasının üzvləri beynəlxalq dərəcəli məşqçilərin nəzarəti altında tədbir iştirakçılarının açıq dənizdə yelkənli qayıqlardan təhlükəsiz istifadəsini təmin ediblər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda sahildə təşkil edilən əyləncəli oyunlar şəhid övladları tərəfindən böyük maraq və sevinclə qarşılanıb.
Tədbir zamanı, həmçinin iştirakçılara yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlığı, federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim-məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etməsi, yelkənçilərimizin taktiki biliklərinin və müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da artırılması, əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verilib.
Şübhə yoxdur ki, yelkənli idman növü Azərbaycanda gələcəkdə daha da inkişaf edəcək və yelkənçilərimiz ölkəmizə yeni-yeni qələbələr qazandıracaqlar. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!