18 Sentyabr 2019 00:42
548
İQTİSADİYYAT
A- A+

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək


Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK-Azərbaycan”) təşkilatçılığı ilə sentyabrın 27-də Bakıda sənayenin inkişafı və infrastrukturun modernləşdirilməsi üzrə Azərbaycan-Almaniya biznes forumu keçiriləcək.

"AHK-Azərbaycan”dan bildirilib ki, forumun açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti Fərid İsayev çıxış edəcəklər. Biznes forumunda Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida sənayesi müzakirə olunacaq.

Məqsəd alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu maliyyə və biznes mühiti ilə yanaşı, nəqliyyat və infrastruktur sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Tədbirdə Azərbaycanın bir sıra nazir müavinləri, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən aparıcı alman şirkətlərinin baş icraçı direktorları da daxil olmaqla, Azərbaycan və Almaniya hökumətinin, biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video