18 Sentyabr 2019 00:38
1851
Oxucu məktubları
A- A+

Faktlar təsdiq olundu, tədbir görülür


"Azərbaycan” qəzetinin 18 iyul 2019-cu il tarixli nömrəsində "Hacıkənd: hər qarışı ictimai iaşə obyekti ilə zəbt olunmuş məkan” sərlövhəli məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, Hacıkənd meşələrində yeməkxana, çayxana əlindən tərpənmək olmur. Oturub dincəlmək üçün meşədə bir qarış belə boş yer yoxdur. Hara baxırsan, ictimai iaşə obyektidir. Qiymətlər də təəccübləndirici dərəcədə baha...…

Yazı ilə əlaqədar məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdik. Müraciətlə bağlı nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovdan aldığımız cavabda bildirilir ki, məqalədə göstərilənlər 10 saylı (Gəncə) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin mütəxəssislərinin iştirakı ilə yerində araşdırılmışdır.

Araşdırma zamanı Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində ümumilikdə 44 obyektin istirahət-rekreasiya məqsədilə fəaliyyət göstərdiyi, həmin obyektlərdən 16-sının mərkəzlə müqavilə bağladığı, 26 ictimai iaşə obyektinin müqaviləsinin müddətinin uzadılması ilə bağlı Meşələrin İnkişafı Departamentinə müraciət edildiyi və 2 obyektin fəaliyyəti zamanı əmələ gələn çirkab suların meşə ərazisinə axıdıldığı müəyyən olunmuşdur.

Məktubda daha sonra bildirilir ki, faktlarla bağlı avqust ayının 5-də iki protokol tərtib edilmişdir.

İnzibati xəta törətdikləri üçün istirahət-rekreasiya obyektlərinin cavabdeh şəxsləri Məmmədov Ələmdar Əli oğlu və Bayramov İlkin Ramiz oğlu İnzibati Xətalar Məcəlləsinin 244.1-ci maddəsinə əsasən hər birinin 2000 manat məbləğində cərimə olunmaları barədə avqustun 16-da qərarlar qəbul edilmişdir.

Bununla yanaşı, "Flaminqo” adlı istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı ətrafa məişət tullantılarının atılması halları aşkar olunmuşdur. Lakin özünü obyektin sahibi kimi təqdim edən Qasımov Elvir Rahib oğlu aidiyyəti sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi üçün avqustun 8-də məktubla Göygöl Rayon Polis Şöbəsinə müraciət olunmuşdur.

Araşdırmanın nəticəsi ilə bağlı avqustun 6-da akt tərtib olunmuşdur. Ərazidəki obyektlərə fəaliyyətləri zamanı formalaşan tullantıların qanunvericiliyin tələblərinə uyğun olaraq idarə edilməsi üçün icrası məcburi olan müddətli "Məcburi göstəriş”lər verilmişdir. Hazırda verilmiş "Məcburi göstəriş”lərin icra vəziyyətləri yoxlanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video