18 Sentyabr 2019 00:37
480
SİYASƏT
A- A+

Tərəflər gündəlik informasiya mübadiləsinə başlayıblar


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar. İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-ın təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə israilli oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, "Əsrin müqaviləsi”nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.

Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu - "NASA Space Apps Challenge” keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Tazpit öz saytında AZƏRTAC-ın bununla bağlı informasiyasını da təqdim edib.

AZƏRTAC da öz növbəsində israilli həmkarlarının təqdim etdikləri materiallara saytında yer ayırıb. "İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir” sərlövhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsası qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövriyyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanda yəhudilərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.

Agentliyin digər informasiyası ölkə həyatında çox mühüm hadisə - İsrail parlamentinə təkrar seçkilər haqqındadır. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyənləşəcək, eyni zamanda hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunacaq.

İsrailli həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yanğınsödürənlərinin Amazonda meşə yanğınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.

Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Tazpit arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Agentliklərin rəhbərləri Aslan Aslanov və Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video