17 Sentyabr 2019 23:56
498
SİYASƏT
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşüb

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı Kardinal Leonardo Sandri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kardinal L.Sandri Azərbaycanda səfərdə olduğunu xatırlayaraq ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm addımlar atdığını qeyd edərək, ölkənin bu xüsusda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyi ilə dünya mədəni irsinin qorunmasına göstərilən dəstək yüksək qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq, bu xüsusda hazırkı səfəri çərçivəsində Pontifik Şərq İnstitutu ilə XİN-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) arasında mədəni və akademik sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalandığını məmnunluqla qeyd edib. Nazir qarşı tərəfi bu ilin 14-15 noyabr tarixlərində ölkəmizdə keçiriləcək "Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video