17 Sentyabr 2019 23:52
955
Elm və texnika
A- A+

ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub


Sentyabrın 17-də ADA Universitetində "Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev, Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spangerdir.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tədbirdə kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitabın birinci hissəsində Dağlıq Qarabağ düyününün qaynaqları və münaqişələrinin həllinə dair geniş məlumat verilir. İkinci hissədə Aland, Bosniya və Herseqovina, Kosovo, Cənubi Tirol, Triyeste, Kipr, Şimali İrlandiya və Kvebekdə münaqişə halları nəzərdən keçirilir. Üçüncü hissəni isə alimlər "Nəticələr və qənaətlər: Dağlıq Qarabağdan çıxış yolu” mövzusuna həsr ediblər.

Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spanger bildiriblər ki, akademik nəşr Millətlər Liqası yarandığı vaxtdan bəri etno-ərazi münaqişələrinin həllində istifadə olunan siyasi modelləri araşdırır. Elmi tədqiqatın məqsədi Dağlıq Qarabağ düyününə aid ola biləcək həll mexanizmlərini üzə çıxarmaqdır.

Kitabda münaqişələrin həllinə dair nəzəri biliklə praktiki təcrübə bir araya gətirilır, münaqişələrin müqayisəli təhlili verilir. Nəşrdə Dağlıq Qarabağ probleminin həllində siyasi yanaşmaya yararlı ola biləcək elmi tədqiqatlar yer alıb.

Qeyd edilib ki, bu nəşr Almaniyanın Sülh Tədqiqatları İnstitutu ilə uzun illər birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi tədqiqat əsəridir. Kitabda münaqişənin uğurlu həlli halları təhlil edilib. Beynəlxalq ictimaiyyətə akademik tövsiyə olan bu tədqiqatın nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, ADA-nın İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və başqaları kitab haqqında fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video