17 Sentyabr 2019 20:09
555
SİYASƏT
A- A+

Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub

Sentyabrın 17-də Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Xeyrullah Spelenayı Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb.

Xeyrullah Spelenayı Azərbaycanın hər zaman Əfqanıstanı bütün sahələrdə dəstəklədiyini deyərək, buna görə hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasının Bakıda keçirildiyini deyən diplomat, iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını da xatırladıb.

Onun sözlərinə görə, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət 56 milyon dollarından çox olub.

Səfir bildirib ki, Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır.

Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini deyən səfir əlavə edib ki, Əfqanıstan Respublikasının Prezidenti və Xarici İşlər naziri bu görüşdə iştirak etmək niyyətindədirlər.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxışında, əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verib.

Ramin Quluzadə qeyd edib ki, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi artıb. Ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, nəqliyyat və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları və səfirlər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video