Alternative content

02:35 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:06 17.09.2019

"Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə sentyabrın 17-də jurnalistlərə müsahibəsində deyib.

"Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi vəziyyətini tamam dəyişdirdi. Ölkəmiz 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə idi. Yeni müstəqil olmuşdu və digər respublikalarla əlaqəsi kəsilmişdi. SSRİ-nin son illərində Azərbaycanın neft sənayesinə o qədər də diqqət yetirilmirdi. Bundan əlavə "Azəri-Çıraq-Günəşli” yataqları açılmışdı, lakin "Günəşli”nin yalnız 200 metrədək olan hissəsində işləmək mümkün idi. Qalan yerləri işləyə bilmirdik”, - deyə akademik bildirib.

X.Yusifzadə deyib: "Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsəridir. Çünki "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı. Həmin dövrdə elə bir sahə yox idi ki, onu tezliklə inkişaf etdirib Azərbaycanın sosial vəziyyətini müsbətə doğru dəyişəsən. Neftin hasil olunması, açılan yataqların işə salınması ilə bunu təmin edə bildik. Ümummilli Lider neftçiləri bir yerə toplayaraq qərara gəldi ki, bu yataqları işlətmək üçün xarici şirkətlərlə razılığa gəlinsin. Öz hesabımıza bu işləri görmək 30-40 il müddətinə başa gələcəkdi. Bu qərarın əleyhinə olanlar da vardı. Amma elə bir sosial vəziyyətdə 30-40 il gözləmək çətin olardı. "Əsrin müqaviləsi” bizim sosial vəziyyətimizi tamamilə dəyişdi. 1994-ci ildə ölkədə illik maksimum 9 milyon ton neft çıxarılırdısa, 2010-cu ildə bu rəqəm 51 milyon ton oldu. Bu müqavilə ilə ölkələrin bizə inamı artdı, xarici tərəfdaşlarla imzalanan müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər respublikanın sosial vəziyyətinin düzəlməsinə gətirib çıxaran əsas amillərdən birinə çevirildi”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM