17 Sentyabr 2019 19:55
464
İQTİSADİYYAT
A- A+

Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb


İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ilə görüşüb

Azərbaycanda səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qоyub.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb.

AZƏRTAC xəbər verir ki, Bakı Biznes Mərkəzində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri N.Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən İqtisadiyyat naziri Şahin Mustafayev qonşu və dost Gürcüstanla əlaqələrin bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan Ş.Mustafayev deyib ki, ölkəmiz Gürcüstanla əməkdaşlığın inkişafına böyük önəm verir və iki ölkə münasibətlərinin bütün istiqamətlərdə inkişafında maraqlıdır: "Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri bunun mühüm göstəriciləridir.

İqtisadi-ticarət əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir. Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 milyon dollara çatıb”.

Yeddi yüzdən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycandan Gürcüstana 3,2 milyard ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergiödəyicilərindəndir.

Bildirilib ki, ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır və birgə tədbirlərin həyata keçirilməsi yükdaşımaları daha da artıra bilər.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri N.Turnava ölkəmizə səfərindən məmnunluq ifadə edib. Bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir, ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. N.Turnava Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına irihəcmli investisiyaların yatırıldığını qeyd edib.

Nazir qarşılıqlı sərmayə qoyuluşları üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı üçün imkanları diqqətə çatdırıb, iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb.

Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpaolunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və sair məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video