Alternative content

04:58 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:17 16.10.2019 Böyük Ağa
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
ANA SƏHİFƏ / PARLAMENT
19:46 17.09.2019
Sentyabrın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il payız sessiyasında ilk iclasını keçirib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov öncə Azərbaycanda mədəniyyət sahəsində görülən işlərdən söz açaraq, bu sahənin inkişafı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamları yada salıb.

Sonra iclasda gündəlikdəki məsələlər şərh olunub. Əvvəlcə parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlərin hesabatı təqdim edilib. Bildirilib ki, yaz və növbədənkənar sessiyalar dövründə Mədəniyyət komitəsində 8 iclas keçirilib, 15 məsələyə baxılıb, onlardan 11-i qanun layihəsi olub.

Nəzərə çatdırılıb ki, hesabat dövründə Mədəniyyət komitəsinə rəsmi qaydada daxil olmuş 175 təklif, ərizə və şikayətə baxılıb. Onlardan 121-i tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 54 müraciət isə işə alınaraq həll edilib. Sessiyalar müddətində komitə sədri 30 vətəndaşı qəbul edib. Komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər.

Sonra iclasda Mədəniyyət komitəsi sədrinin müavini Jalə Əliyeva və komitənin üzvü Elmira Axundova çıxış edərək rəy və təkliflərini diqqətə çatdırıblar.

Komitə üzvləri hesabatı məqbul sayıblar.

2019-cu ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri barədə məlumat verən Rafael Hüseynov bildirib ki, iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında parlamentin payız sessiyasına təqdim edəcəkləri qanun layihələrinin müzakirəsi ilə yanaşı, "Kinematoqrafiya haqqında”, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında” və "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələri daxil edilib. Nəzərə çatdırılıb ki, qarşıdakı sessiyalarda parlamentin müzakirəsinə təqdim etmək üçün komitədə "Aşıq sənəti haqqında” qanun layihəsi də hazırlanıb.

İclasda Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib. Sonra gündəlikdəki növbəti iki məsələyə baxılıb.

Bildirilib ki, birinci oxunuşda müzakirəyə çıxarılmış bu layihələr qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Belə ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi bu sənədlərin 30 oktyabr 2018-ci ildə qəbul olunmuş "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğunlaşdırılması üçün hazırlanıb.

Baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM