17 Sentyabr 2019 19:45
480
SİYASƏT
A- A+

Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Gürcüstanın sıx əməkdaşlıq əlaqələrinə malik dost ölkələr olduğunu bildirib. "Ötən 27 il ərzində bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərimiz inkişaf edib. Ölkələrimiz arasında energetika, sərmayə qoyuluşu, iqtisadi-ticarət sahələrində də yaxşı əlaqələr qurulub”,- deyə Baş Nazir bildirib.

Novruz Məmmədov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regionda sabitliyin təmin olunmasına və inkişafa xidmət etdiyini xüsusi vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişafında yüsəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Novruz Məmmədov xanım Natiya Turnavanın səfərinin də ikitərəfli münasibətlərimizin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Baş Nazir yaxın gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini qeyd edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla vurğulayıb, ölkələrimiz arasında mövcud dostluq münasibətlərindən danışıb. Nazir əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm sahələrində genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu söyləyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video