17 Sentyabr 2019 17:41
1281
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib


Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən sessiya müddətində komitənin 26 iclası keçirilib, 180 qanun layihəsi müzakirə olunub. Bir sıra qanunlara dəyişikliklərin edilməsi, sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlərə, yeni hazırlanmış qanunların layihələrinə baxılıb.

Bildirilib ki, komitə iqtisadi islahatların dərinləşməsinə həmişə öz dəstəyini verir. Bu sahədə qanunvericilik bazası daim təkmilləşdirilir. 2019-cu ilin payız sessiyasının iş planına da iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib.

2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyəti qənaətbəxş hesab edilib, payız sessiyası üçün iş planı müsbət dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, bugünkü iclasda "Lombardlar haqqında” (2-ci oxunuş), "Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), "Yerin təki haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Qaz təchizatı haqqında”, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və "Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, "Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılır.

İkinci oxunuş üçün təqdim olunmuş "Lombardlar haqqında” qanun barədə bildirilib ki, sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətlər tənzimlənir. Layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr qanunda öz əksini tapıb.

Komitə üzvləri Vahid Əhmədov, İlham Əliyev, Əli Məsimli, Tahir Mirkişili, Şəmsəddin Hacıyev, Cavid Qurbanov qanun layihəsi barədə fikirlərini bildirib, təkliflərini veriblər.

Bildirilib ki, bu, çox vacib qanundur, əhalinin müəyyən həssas təbəqəsini əhatə edir və bu sahədə şərtlər elə olmalıdır ki, insanlara ziyan dəyməsin. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd edilib.

Tədbirdə iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov səsləndirilən suallara aydınlıq gətirib.

Müzakirələr zamanı deputatlar digər qanun layihələrinə də münasibət bildiriblər.

İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video