Alternative content

03:54 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə, Rusiya və İran Suriyada separatizmlə mübarizə aparmaq əzmindədir
Türkiyə, Rusiya və İran Suriyada separatizmlə mübarizə aparmaq əzmindədir
ANA SƏHİFƏ / DÜNYA
17:27 17.09.2019


Türkiyə, Rusiya və İran Suriyada separatizmlə mübarizə bəhanəsi ilə yeni reallıqlar yaratmaq cəhdlərini, o cümlədən qanunsuz özünüidarəetmə təşəbbüslərini rədd edir, ölkənin suverenliyini və ərazi bütövlüyünü sarsıtmağa yönəlik separatizm planlarına qarşı durmaq əzmindədir. Bu mövqe üç ölkənin prezidentlərinin – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin Ankara görüşünün yekunlarına görə qəbul olunmuş birgə bəyanatda əskini tapmışdır.

Bəyanatda deyilir ki, tərəflər Suriyanın şimal-şərqində vəziyyəti müzakirə edərək bu bölgədə sabitlik və təhlükəsizliyin yalnız ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bərqərar ola biləcəyini vurğulamışlar. Prezidentlər bu məqsədlə səyləri əlaqələndirmək barədə razılığa gəlmişlər.

Bundan başqa, sənəddə qeyd edilir ki, üç ölkənin liderləri İdlibdə gərginliyin azaldılması zonasında yaranmış vəziyyəti ətraflı şəkildə müzakirə etmiş, İdlibə dair bütün sazişləri yerinə yetirməyin zəruriliyini qeyd etmiş, həmçinin zonada humanitar vəziyyətin pisləşməsi riski ilə əlaqədar narahatlığını ifadə etmişlər. Eyni zamanda Ərdoğan, Putin və Ruhani gərginliyin azaldılması zonasında "Şam azadlıq təşkilatı” terrorçu qruplaşmasının fəallaşmasına ciddi diqqət yetirmiş, İŞİD, "Cəbhə əl-Nüsrə” və BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilat kimi tanıdığı digər qruplaşmaların fəaliyyətinə son qoymaq üçün əməkdaşlığa davam etmək əzmində olduqlarını bildirmişlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM