Alternative content

07:39 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
ANA SƏHİFƏ / Təhsil
17:19 17.09.2019

Sentyabrın 17-də - yeni dərs ilində Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu rayonunun Aratkənd kəndinin şagird və müəllimləri yeni tədris ilini kənd tam orta məktəbin yeni binasında qarşılayıblar. Təhsil müəssisəsini Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman məktəblərlə bağlı məsələlərin həllinin vacibliyini qeyd edib və qısa vaxt ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını bildiriblər. Mehriban Əliyevanın xüsusi nəzarəti altında bu istiqamətdə görülən işlər yeni tədris ilində ölkəmizin regionlarında yeni təhsil ocaqlarının istifadəyə verilməsi ilə təsdiqini tapıb.

Yeni məktəb binası 220 şagird üçün nəzərdə tutulub. Binada bütün inventar və avadanlıqla təchiz edilən sinif otaqları var və bu, təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Yeni tədris ilində istifadəyə verilən məktəb binalarından biri də İsmayıllının Gəraybəyli kəndindədir. Heydər Əliyev Fondu tərəfindən tikilən bu binada 360 şagird təhsil alacaq.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında inşa edilən məktəb binaları müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsidir.

Məktəblərin kollektivinə və şagirdlərinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri və salamları çatdırılıb.

Qeyd edək ki, son 15 ildə ölkədə 3 mindən çox məktəb binası tikilib və ya bərpa olunub. Dövlət bu məsələyə xüsusi diqqətlə yanaşır. Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM