Alternative content

03:53 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və Akademiyasında təntənəli mərasimlər keçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və Akademiyasında təntənəli mərasimlər keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:26 17.09.2019

2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində və Akademiyasında təntənəli mərasimlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin ifası ilə başlanan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov yeni tədris ilinin başlanması münasibətilə Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu, o cümlədən peşəkar sərhədçi kadrların hazırlanması üçün 11 illik mükəmməl hərbi təhsil sisteminin yaradıldığı qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasının qısa müddət ərzində inkişaf edərək təkcə ölkəmizin deyil, bütün regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulanıb.

Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilib. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin çox böyük nüfuz qazanması, məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olması, məktəbə olan xüsusi marağı nəzərə alınaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni korpusunun inşa edilməsi, 2018-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həmin korpusun açılışının edilməsi, bununla da kursantların sayının 3 dəfəyədək artırılması imkanının yaranması qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar üçün yaradılmış təhsil və yaşayış şəraiti ilə yaxından tanış olan valideynlər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik ediblər.

Sentyabrın 17-də DSX-nin Akademiyasında yeni inşa edilmiş tədris korpusu da istifadəyə verilib. Yeni tədris korpusunda yüksək səviyyəli hərbi təhsilin verilməsi, nəzəri biliklərin və praktiki vərdişlərin kursantlar tərəfindən mənimsənilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş dənizçilik, sərhəd təhlükəsizliyi və aviasiya kafedraları, topoqrafiya, atəş hazırlığı, hərbi mühəndis hazırlığı, rabitə hazırlığı sinifləri, rahat kazarma otaqları, 440 nəfərlik akt zalı, 270 nəfərlik mühazirə zalı və kitabxana, həmçinin kursantların idman saatlarında məşğul olmaları üçün müasir standartlara cavab verən idman zalı, zəruri avadanlıqla təchiz edilmiş digər xidməti otaqlar istifadəyə verilib.

Tədbirlər kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM