Alternative content

10:16 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
ANA SƏHİFƏ / Təhsil
00:52 17.09.2019


Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə "Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Dövlət himni səsləndikdən sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, 2019/2020-ci tədris ilində yüksək balla BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib. Bakı Ali Neft Məktəbinin qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Rektor qeyd edib ki, ali məktəbin yarandığı ildən bugünə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il ali məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb.

Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - informasiya təhlükəsizliyi - 673,5 bal, proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslar olub.

Elmar Qasımov I qrup üzrə keçirilmiş test imtahanlarında ən yüksək bal toplayan tələbələrin BANM-i seçməsinin artıq ənənə halını almasını xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. O, bildirib: "Bakı Ali Neft Məktəbi cəmi 7 ildir fəaliyyət göstərir. Bu qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutmuş, ölkə gənclərinin dərin hüsn-rəğbətini qazanmışdır”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində bu gün Bakı Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında I qrup üzrə ən yüksək bal (690.5 bal) toplayan BANM-in "İnformasiya təhlükəsizliyi” ixtisasını seçən Əsmər Hacızadə bildirib ki, əsas məqsədi ixtisası üzrə peşəkar mütəxəssis kimi ölkəmizə faydalı olmaqdır.

Bakı Ali Neft Məktəbi və BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun proqramı əsasında həyata keçirilən "Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BANM-ə qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinma Azərbaycan dilində tədbir iştirakçılarını salamlayıb, bu ali məktəbdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.

Bu il əkiz oğlanları Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Namiq Azadlı çıxış edərək, oğlanları Rəşad və Rəşidlə yanaşı yüksək bal toplamış bütün gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.

Məzunlar adından çıxış edən 2019-cu il kimya mühəndisliyi məzunlarından, hazırda SOCAR-ın Türkiyədə istehsalat mühəndisi vəzifəsində çalışan Orxan Əlizadə Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq edərək, onların BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsində əvəzsiz rolunu qeyd edib.

Sonra 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim olunub.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM