16 Sentyabr 2019 21:51
462
İQTİSADİYYAT
A- A+

Fuat Oktay: Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri dünya dövlətlərinə örnəkdir


Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri dünya dövlətlərinə örnəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay jurnalistlərə müsahibəsində deyib.

F.Oktay qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrimizin siyasi, sosial və iqtisadi əməkdaşlığını gücləndirir: "Hər iki ölkənin prezidentləri qardaşlıq modeli yaradıblar. Mən bu gün Azərbaycanın Baş Naziri Novruz Məmmədovla birgə prezidentlərimizin bizə göstərdikləri hədəflərə çatmaq üçün bir araya gəlmişik. Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Bu hədəfə çatmaqla hər iki dövlətin iqtisadiyyatını daha da inkişaf etdirə bilərik. Bu hədəfin reallaşması üçün texniki baxımdan qarşıda çox böyük işlər var. Hər iki ölkənin iqtisadi komissiyası ilə 147 sahədə müxtəlif layihələrin reallaşması üçün razılığa gəldik. Bu sahələr arasında əsas diqqət ticarət sektoruna yönələcək. Hazırda Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur”.

Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti ilə tanış olduqlarını deyən Vitse-prezident, eyni zamanda, Türkiyədə və Azərbaycanda investisiya yatırılacaq sahələri, idxal və ixracın artırılmasını müzakirə etdiklərini qeyd edib.

"İki ölkə arasında dəmir yolu sahəsində birgə layihələrin həyata keçirilməsini planlaşdırırıq. Vaqon istehsalı və Bakı-Tbilisi-Qars dəmir yolunun daha səmərəli istifadəsini nəzərdə tuturuq. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması da layihələrimizə daxildir. Turizm gəlirlərinin artırılması da bizim əsas hədəflərimizdəndir. Biz, həmçinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) laboratoriyalarının yaradılmasını nəzərdə tuturuq ki, bu da azərbaycanlı iş adamlarının öz məhsullarını dünyanın istənilən ölkəsinə ixrac etməsinə şərait yaradacaq”, - deyə F.Oktay bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video