16 Sentyabr 2019 16:31
617
İQTİSADİYYAT
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir


Qazaxıstanın paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyinin (MDB) rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclası keçirilir. Azərbaycan tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən toplantıda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə il ərzindəki fəaliyyəti müzakirə olunur. Həmçinin təşkilata baş katib seçkisi keçiriləcək.

Eyni zamanda, səfər çərçivəsində nazir R.Quluzadənin rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Rusiya, Belarus, Özbəkistan və Qazaxıstanın sahə nazirləri, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video