16 Sentyabr 2019 16:09
976
Təhsil
A- A+

Ceyhun Bayramov: Azərbaycanda bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb


Son 5 ildə ölkəmizdə 600 məktəb binası inşa olunub. On beş ildə tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayı isə 3 min 200-dən çoxdur. Bu da Azərbaycanda, ümumilikdə, bir milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Quba rayonunun Alekseyevka kəndində inşa olunan 960 şagird yerlik məktəb binasının açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, maddi-texniki bazanın müasirləşdirilməsi Prezident İlham Əliyevin daim diqqətində olan əsas məsələlərdəndir.

"Dövlət İnvestisiya Proqramı və Prezidentin imzaladığı sərəncamlara əsasən 2019-cu ildə 84 məktəb binasının tikintisi və ya əsaslı təmiri nəzərdə tutulmuşdu. Həmin binalardan 43-ü Bilik Günündə istifadəyə verilir. Digər 41 məktəb binasının isə dekabr ayınadək təhvil verilməsi nəzərdə tutulur. Məktəb quruculuğu, təhsil müəssisələrinin maddi-texniki bazanın müasirləşdirilməsindən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğısını və təşəbbüsləri ilə həyata keçirilən işləri də qeyd etməliyəm. Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun xətti ilə onlarla məktəb binasının inşası həyata keçirilir. Onlardan bir hissəsi artıq tədris ilinin əvvəlində istifadəyə verilib”, - deyə təhsil naziri Ceyhun Bayramov söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video